İrakli Okruaşvili - Saakaşvili Valeri Qelaşvilini döyülməsi barəsində mənə dedi ki, mən edə bilmədiyimi Vano Merabişvili çox yaxşı yerinə yetirdi
İrakli Okruaşvili - Saakaşvili Valeri Qelaşvilini döyülməsi barəsində mənə dedi ki, mən edə bilmədiyimi Vano Merabişvili çox yaxşı yerinə yetirdi

İrakli Okruaşvili Mixail Saakaşvilinin ittihamı işi üzrə məhkəmə prossesində ifadə verir. Okruaşvili 2005-ci ildə, parlamentin üzvü, Valeri Qelaşviliyə silahlı hücum zamanı Müdafiə naziri vəzifəsini tuturdu.

Okruaşvili məhkəmədə bəyan etdi ki, Mixail Saakaşvili ondan Qelaşviliyə fiziki hücumu tələb edirdi. Elə onun dediyinə görə, keçmiş prezident onu müttəfiq kimi görürdü və ümudi var idi ki, məlumat sızmayacaqdı.

“Valeri Qelaşvilinin müsahibəsində Mixail Saakaşvili və onun həyat yoldaşına qarşı neqativ münasibət var idi. Müsahibənin dərc olunmasından sonra Saakaşvili hesab edirdi ki, Qelaşviliyə fiziki hücum etməli idik. Mən ona yox dedim, Merabişvili isə əksinə”, – Okruaşvili bəyan etdi və sonralar onun Şavnabadada Saakaşvili ilə görüşünü xatirladı.

“İki aydan sonra onunla yenə görüşdüm, istəyirdim fikirini dəyişdirəm, lakin eyni mövqedə idi və başa düşdüm ki, mənim arqumentlərimin mənası yox idi. Hücumdan sonra təkbətək görüşümüz oldu və mənə dedi ki, mən edə bilmədiyimi Vano Merabişvili çox yaxşı yerinə yetirdi, bu isə onun sübutudur ki, hücum onun tərəfindən təşkil olunmuşdu”, – Okruaşvili bəyan etdi