Qafqaz məsələləri üzrə Almaniyanın Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi işğal qüvvələri tərəfindən həbs edilən gürcü həkiminin azad edilməsini tələb edir
Şərgi Avropa, Qafqaz və Mərkəzi Asya məsələləri üzrə Almaniyanın Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mixael Zibert işğal qüvvələri tərəfindən həbs edilən gürcü həkiminin azad edilməsini tələb edir.
Bu barədə bəyanatı Ziber öz “Tvitter” hesabından verir.
“Biz gürcü həkimi Vaja Qaprindaşvilinin həbs edilməsi ilə bağlı Estoniyanın Xarici İşlər Nazirliyi tərəfindən verilən bəyanatı dəstəkləyirik və dərhal gürcü həkiminin azad edilməsini tələb edirik” – yazır Mixael Zibert öz “Tvitter” səhifəsində.
Xatırladaq ki, Tbilisidə yaşayan həkim Vaja Qaprindaşvili Sxinvali işğalçı rejiminin nümayəndələri tərəfindən, işğal edilmiş Orçosana kəndinin yanında noyabrın 9-da həbs edildi.
İşğalçı rejim tərəfindən ona iki aylıq ilkin həbs cəzası verildi.