Q.Qaxaria –Mziuri parkının reabilitasiyasının başa çatması ilə  böyük bir iş başa çatdı və göstərilən əməyə görə,İnfrastruktur naziri Maia Tskitişviliyə minnətdarlığımı bildirmək istəyirəm
Q.Qaxaria –Mziuri parkının reabilitasiyasının başa çatması ilə  böyük bir iş başa çatdı və göstərilən əməyə görə,İnfrastruktur naziri Maia Tskitişviliyə minnətdarlığımı bildirmək istəyirəm

 

 Mziuri son addımdır,nəticədir.Sonra vadi təmizləndi,belə bir fəlakətin təkrar baş vermə mümkünlüyü tam sığortalanıb,bir çox yol bərpa olunub və bir çox iş görülüb-bu barədə Gürcüstanın Baş naziri, Q.Qaxaria Mziuri parkının açılışı zamanı çıxışında bildirib.

Hökumət başçısının sözlərinə görə,Mziuri parkının reabilitasiyasının başa çatması ilə,böyük bir iş görülüb qurtardı.

 “Bu əməyə görə mən,şəxsən  ilk növbədə İnfrastruktur naziri Maia Tskitishviliyə təşəkkür edirəm. Böyük bir iş görülüb. Eyni zamanda, cənab səfirə, Avropa Birliyinin reabilitasiya  işlərinə verdiyi töhfəyə görə və şəhər merinə minnətdarlığımı bildirirəm.

Bir daha itirdiyimiz vətəndaşlarımızı ehtiramla yad edək  , səkkiz vətəndaşımızın həyatını xilas edən və onları xilas etmək üçün özünü qurban verən qəhrəman xilasedicini  xatırlayaq. Bir daha, heç bir tələb olmadan, lazım olduqları yerdə dayanan və vətənlərinin, şəhərlərinin və vətəndaşlarının ehtiyyac duyduğu işləri görən gənc nəslə təşəkkür edirəm. Bir-birimizə qayğı göstərmək uğurlu gələcəyimizin yeganə çıxış  yoludur “-deyə Qaxaria bildirib.

 

 

      Hazırladı-Sevinc Mustafayeva