Fövqəladə vəziyyətlə bağlı tədbirlərin, bütün ölkə miqyasında daha da sərtləşdirilməsi ehtimal olunur

Gürcüstan iqtidarı ola bilsin ki, fövqəladə vəziyyətlə bağlı müəyyən edilən tədbirləri, bütün ölkə miqyasında daha da sərtləşdirsin.

Bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria medya nümayəndələrinin, Lentexidə fövqəladə vəziyyət qaydalarının sərtləşdirilməsi ilə bağlı verilən suallarına cavab olaraq verdi.

Baş nazirin dediyinə görə, iqtidar hazırda Lentexidə götürülən testlərin cavablarını gözləyir. O qeyd etdi ki, ölkədə regional klasterlərin sayı artır.

Ölkədə regional klasterlərin sayı artır və bunu diqqətə almalıyıq. Onu da nəzərə almalıyıq ki, ola bilsin, butün ölkə miqyasında fövqəladə vəziyyətlə bağlı tədbirlər daha da sərtləşsin, çünki Lentexidən başqa, Sameqreloda və Batumidə yeni hallar qeydə alınır, görək nəticə nə olacaq” – dedi baş nazir.