Fövqəladə vəziyyət zamanı hansı məhdudiyyətlər tətbiq ediləcək - Baş nazirin açıqlaması
Gürcüstanın Baş naziri,Qiorqi Qaxaria fövqəladə vəziyyət zamanı nəzərdə tutulan məhdudiyyətlərdən danışıb.
“Təcrid və ya karantin qaydalarını pozan şəxslər icbari şəkildə müvafiq müəssisələrə yerləşdirilməlidirlər,qaydaları pozanlara qarşı sanksiyalar tətbiq ediləcək.Yük daşımalarından başqa quru əlaqələrinə məhdudiyyət qoyulur.
10 nəfərdən artıq insanın bir araya gəlməsi məhdudlaşdırılıb. Hökumətin özəl təşkilatlara, biznes strukturlara məhdudiyyət qoymaq və ya konkret fəaliyyəti icra etməyə dair tapşırıq vermə hüququ olacaqdır.
Zərurət yaranacağı təqdirdə , hökumət dərmanların, tibbi xidmətlərin və ilkin istifadə məhsullarının qiymətlərini tənzimləyəcək.
Hökumət “Təhsil haqqında” Gürcüstan qanununda müəyyən edilmiş qaydalardan fərqli qaydalar və şərtlər müəyyənləşdirəcək. Lazım gələrsə, hökumət müvafiq tibbi təhsili və səlahiyyətləri olan insanları səfərbər edə biləcək.
Gürcüstan məhkəmələrinin iclasları uzaqdan keçirilə bilər.Həm fiziki ,həm də hüquqi şəxslər fövqəladə vəziyyət rejiminə əməl etməlidirlər- deyə Baş nazir bildirib.
Yeni tip koronavirus səbəbi ilə yaranmış vəziyyətdən irəli gələrək, Gürcüstanda aprelin 21-nə qədər fövqəladə vəziyyət elan edilib. Bu barədə Gürcüstanın Baş naziri, Qiorqi Qaxaria bildirib.
Müəllif – Sevinc Mustafayeva