Ermənistan hakimiyyəti fövqəladə vəziyyətin uzadılmasını planlaşdırır
Ermənistan hakimiyyəti koronavirusun epidemiyasının yayaılmasının prevensiyası məqsədilə, 16 martda tədbiq edilmiş fövqəladə vəziyyətin uzadılmasını planlaşdırır. Bu barədə Ermənistanın baş naziri, Nikol Paşinyan bəyan etdi. Məlumatı yerli media yayır.
Ermənistanda məhdudiyyətlər hazırda 13 iyula qədər qüvvədədir.
Ölkədə son 24 saat ərzində koronavirusun 330 halı aşkar edildi, səkkiz pasiyent vəfat etdi. Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, yeniləşdirilmiş göstəricilərlə Ermənistanda “COVID-19”-un 28 936 halı qeydə alınır, koronavirusdan 650 insan vəfat edib.
Son bir gün ərzində sağalananların sayı 162 ilə artdı. Ermənistanda koronavirusdan cəmi 16 302 insan müalicə olundu.