Fövqəladə vəziyyət qaydalarına tabe olmamaq hansı sanksiyaları nəzərdə tutur - Baş nazirin açıqlaması
Fövqəladə vəziyyət qaydalarına tabe olmamaq hansı sanksiyaları nəzərdə tutur - Baş nazirin açıqlaması

Fövqəladə vəziyyət qaydalarının pozulması inzibati məsuliyyəti nəzərdə tutur, – bu barədə bəyanatı Gürcüstanın baş naziri, fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı keçirilən brifinqdə verdi.

“Hər bir fiziki və hüquqi şəxs fövqəladə vəziyyət qaydalarına riayət etməlidir, əks təqdirdə fiziki şəxslər 3000, hüquqi şəxslər isə, 15 min lari ilə cərimələnəcəklər. Təkrar pozuntuda isə, üç ilə qədər həbs cəzası tətbiq olunacaq” – dedi baş nazir.

Baş nazirin dediyinə görə, hüquq mühafizə orqanları fövqəladə vəziyyət müddətində rejimi qorumaq məqsədi ilə, Gürcüstan qanunvericiliyi ilə nəzərdə tutulan məcbur etmə tədbirlərindən istifadə edəcəklər.

“İşini və gəlirini itirən vətəndaşlarımızı başa düşürük, ona görə də yaxın zamanda, işini itirən vətəndaşlara hökümət tərəfindən konkret yardım göstəriləcək” – dedi Qaxaria.

Xatırladaq ki, baş nazir bu gün, aprelin 21-nə qədər fövqəladə vəziyyətin elan edilməsini tələb etdi.