Fövqəladə Hallar Xidmətindən əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Tbilisi miqyasında 90-a qədər bildirişin daxil olduğunu qeyd edirlər
Fövqəladə Hallar Xidmətindən əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Tbilisi miqyasında 90-a qədər bildirişin daxil olduğunu qeyd edirlər

 
Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətindən əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, Tbilisi miqyasında Fövqəladə Hallar Xidmətinə 90-a qədər bildirişin daxil olduğunu qeyd edirlər.

Onların verdiyi məlumata görə, xilasedicilər zənglərə reaksiya verib və hazırkı mərhələdə problemlərin bir qismi aradan qaldırılıb, bir qismi üzərində isə müvafiq işlər davam etdirilir.

Güclü külək nəticəsində Moskva prospekti 15 ünvanında ağac qırılaraq yolun hərəkət hissəsinə aşıb. Hadisə nəticəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq ləngiyib. Fövqəladə Hallar Xidmətinin bir neçə qrupu hadisə yerində olub.