FİFA-nın veb-səhifəsindən, Rusiya ilə sərhədi olan ölkələr siyahısında Abxaziya və Cənubi Osetiyanın olduğu barədə məlumat silindi
FİFA-nın veb-səhifəsindən, Rusiya ilə sərhədi olan ölkələr siyahısında Abxaziya və Cənubi Osetiyanın olduğu barədə məlumat silindi

Futbol Asosiyasiyalarının Beynəlxalq Federasiyası – FİFA-nın veb-səhifəsindən, Rusiya ilə sərhədi olan ölkərin sayı haqqında məlumat, hansında ki, Abxaziya və Cənubi Osetiya da var idi, artıq silinib.

FİFA-nın rəsmi səhifəsində məlumat yerləşdirilmişdi ki, guya Rusiyanın 18 ölkə ilə sərhədi var.

Coğrafik olaraq isə, Rusiyanın 16 ölkə ilə sərhədi var.

Burdan 14 ilə Rusiyanın torpaq sərhədi var, ikisi ilə isə (ABŞ, Yaponiya) dəniz sərhədi.

Bundan irəli gələrək, böyük ehtimalla, FİFA-nın rəsmi veb-səhifəsində yayılan məlumatda işğal edilmiş Cənubi Osetiya və Abxaziya nəzərdə tutulurdu.

Bu 18 ölkə arasında Abxaziya və Cənubi Osetiya regionlarının ayrı ölkələr olaraq, nəzərdə tutulub-tutulmaları barədə dəqiq məlumat almaq məqsədi ilə Birinci Kanal Federasiyanın mətbuat xidmətinə məktubla müraciət etdi.

Həmin sual ilə FİFA-ya jurnalist Rikard Yovziak da müraciət etdi.

Bu müraciətlərdən sonra, FİFA-nın rəsmi veb-səhifəsindən qeyd olunan məlumat silindi.