AP - Konqoda FİFA-nın Şurası üzvünü həbs etdilər
AP - Konqoda FİFA-nın Şurası üzvünü həbs etdilər

Beynəlxalq Futbol Federasiyasının (FİFA) Şurası üzvü, Konstant Omarini korrupsiya ittihamı ilə dünən axşam həbs etdilər, – AP agentliyi yazır.

Agentliyin məlumatına görə, onunla birlikdə daha üç nəfəri yaxaladılar.

Konstant Omari eləcə də Afrika Futbol Konfederasiyasının vitse-prezidentidir.

Mətbuatın məlumatına görə, yaxalananlar artıq dindiriliblər.

Onlarla hökumətin, Konqo yığıması və klublarının maliyyələşdirilməsi üşün ayırdığı pulun mənimsənilməsinə görə dava aparırlar.