Fevralın 8-dən Gürcüstanda munisipal nəqliyyatın fəaliyyəti bərpa olunacaq
Fevralın 8-dən Gürcüstanda munisipal nəqliyyatın fəaliyyəti bərpa olunacaq

Bazar ertəsi, fevralın 8-dən bütün Gürcüstan miqyasında munisipal nəqliyyatın fəaliyyəti bərpa olunacaq, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria bugünki hökümət iclasında verdi.

“Munisipal nəqliyyatla bərabər, bütün bazarlar da açılacaq. Daha sonra fevralın 15-dən qida obyektləri və restoranların açıq məkanları işləməyə başlayacaqlar, ancaq şənbə-bazar günləri məhdudiyyətlər qüvvədə qalacaq” – dedi Giorgi Qaxaria.

Baş nazirin dediyinə görə, müsbətlik göstəricisi iki faizdən aşağa düşdü və yavaş-yavaş məhdudiyyətləri qaldırmaq imkanı yarandı.

Bununla yanaşı, iqtidar administrasiyasında bəyan edirlər ki, 21:00-dan sonra hərəkət etmə məhdudiyyəti qüvvədə qalır.