Fevralın 17-dən Xidmətlər Agentliyinin bütün servisləri işləyəcək
Fevralın 17-dən Xidmətlər Agentliyinin bütün servisləri işləyəcək

Daxili İşlər Nazirliyinin Xidmətlər Agentliyinin koronavirusun prevensiya məhdudiyyətlərinə görə bağlı olan bütün servisləri fevralın 17-dən, Gürcüstan miqyasında işləyəcək.

“Fevralın 17-dən, sürücü vəsiqəsi üçün teoriya və praktika imtahanları da bərpa olunacaq. İstifadəçilər teoriya imtahanı üçün növbələrini elektron şəkildə təyin edə bilərlər.

Xidmətlər agentliyi tərəfindən verilən arayışlara gəlincə, onları həm elektron qayda ilə (sa.gov.ge), həm də servis mərkəzlərində ala bilərsiniz” – deyilir idarənin məlumatında.

Agentlik vətəndaşlardan xahiş edir ki, servis almağa gəlirkən tibbi maska taxsınlar.