Fevralın 15-dən Gürcüstanda qida obyektləri və restoranların açıq məkanları işləməyə davam edəcəklər
Fevralın 15-dən Gürcüstanda qida obyektləri və restoranların açıq məkanları işləməyə davam edəcəklər

Fevralın 15-dən Gürcüstanda qida obyektləri və restoranların açıq məkanları işləməyə başlayacaqlar, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria bugünki hökümət iclasında verdi.

“Fevralın 15-dən, növbəti bazar ertəsi, bütün qida obyektləri və restoranların açıq məkanları işləməyə davam edəcəklər. Ancaq məhdudiyyətlər şənbə-bazar günləri qüvvədə olacaq” – dedi baş nazir.