Fələstin Xarici İşlər Nazirliyi - İsrail qəddarlığın yeni zirvəsinə çatır, İsrailin səngiməyən təcavüzünü rədd edən həmrəy beynəlxalq mövqe var
Fələstin Xarici İşlər Nazirliyi - İsrail qəddarlığın yeni zirvəsinə çatır, İsrailin səngiməyən təcavüzünü rədd edən həmrəy beynəlxalq mövqe var

“Həmas” BMT Baş Assambleyasının Qəzza sektorunda atəşkəs tələb edən qətnaməsini təqdir edir. Bu barədə “Həmas”ın bəyanatında deyilir.

Bununla belə, “Timesofisrael”in yazdığına əsasən, qətnamə Fələstin Xarici İşlər Nazirliyi tərəfindən də müsbət qarşılanır.

Fələstin Xarici İşlər Nazirliyinin məlumatına görə, İsrail qəddarlığın yeni zirvəsinə çatır və “İsrailin səngiməyən təcavüzünü rədd edən həmrəy beynəlxalq mövqe” var.

BMT Baş Assambleyası tərəfləri Qəzza sektorunda “dərhal, uzunmüddətli və davamlı humanitar atəşkəs” elan edilməsinə çağıran qətnaməni 14 əleyhinə, 120 leyhinə səslə qəbul edib. Sənəddə həmçinin bütün tərəflərin beynəlxalq humanitar hüquqa riayət etməsi və Qəzza sektorunda mülki şəxslərə həyati əhəmiyyətli mal və xidmətlərin çatdırılmasının “davamlı, kifayət qədər və maneəsiz” olması tələb olunur. Qətnamədə həmçinin bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsi tələb olunur. Qeyd edək ki, sənəddə “Həmas” hərəkatından bir dəfə də olsun bəhs edilmir, bu isə İsraildə narazılıq və etiraza səbəb olub.