Estoniya Xarici İşlər naziri - işğal olunmuş Sxinvalidə keçirilən üzdəniraq seçkiləri qınayırıq
Estoniya Xarici İşlər naziri - işğal olunmuş Sxinvalidə keçirilən üzdəniraq seçkiləri qınayırıq

Estoniya işğal olunmuş Sxinvalidə keçirilən üzdəniraq seçkiləri kəskin şəkildə qınayır, – bu barədə bəyantı tvitter səhifəsində Estoniya Xarici İşlər naziri, Urmas Reynsalu yerləşdirdi.

“Estoniya işğal olunmuş Sxinvalidə bu gün keçirilən üzdəniraq parlament seçkilərini kəskin şəkildə qınayır. Bu qeyri leqaldır. Biz bu “seçkilərin” nəticələrini tanımayacağıq. Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini təsdiq edirik. Cənubi Osetiya Gürcüstanın tərkib hissəsidir”, – Estoniyalı diplomat yazır.

İşğal olunmuş Sxinvalidə üzdəniraq parlament seçkiləri keçirildi.

Gürcüstan Xarici İşlər Nazirliyi, işğal olunmuş Sxinvali bölgəsində keçirilən qondarma parlament seçkilərinə əks səda verdi.

Xarici İşlər Nazirliyində bəyan edirlər ki, işğal olunmuş ərazilərdə keçirilən istənilən üzdəniraq seçkilər qanunsuzdur və beynəlxalq hüququn fundamental normalarına və prinsiplərinə ziddir.