Gürcüstanın silahlı qüvvələrinin əsgərləri sosiyal cəhəddən müdafiyəsiz olan çox uşaqlı ailələrə yeni il hədiyyələri verdilər.
Müdafiyə Nazirliyinin məlumatına görə, yerli orqanlar ilə koordinasiya vasitəsi ilə, şərq və qərb komandanlığı sosiyal cəhəddən müdafiyəsiz ailələr haqqında məlumatı aldıqdan sonra, öz təşəbbüsləri ilə, onlara məişət əşyaları, geyim, qida və şirniyyat apardılar.
Əsgərlər xeyriyyə aksiyalarını Tbilisidə, Vaziani qəsəbəsində, Axaltsixedə, Qoridə, Kaspidə, Tserovanidə, Kutaisidə, Tercolada, Samtrediada, Xonidə və Senakidə keçirdilər.