"Əsas olan odur ki, üzv ölkələri arasında, mövcud olan paketin gücləndirilməsi haqqında ciddi razılaşma var və mən Gürcüstanı yeni enerji ilə tərk edirəm"

Bu barədə bəyanatı Gürcüstanın Birinci Kanalına NATO baş katibinin Qafqaz və Mərkəzi Asya üzrə xüsusi nümayəndəsi Ceims Appaturai verdi.

“Mən Gürcüstanı bir çox yeni ideyalarla tərk edirəm. İndi bu ideyaları müzakirə edib, nə edə biləcəyimizi müəyyənləşdirməliyik. Əsas olan odur ki, üzv ölkələri arasında möhkəm razılaşma var” – dedi Ceims Apaturai.

“Rusiya əlindən gələni edir ki, bu prosesə mane olsun, ancaq biz aspirant ölkələrlə bağlı qərarları özümüz verəcəyik.

Monteneqro və Şimali Makedoniya misalında biz bunu təsdiqlədik. Rusiya o ölkələrin birləşməsini də istəmirdi, ancaq biz qərar verdik və bunu gələcəkdə də edəcəyik” – dedi Ceims Apaturai.