Ermənistanın baş naziri, Nikol Paşinyanın Gürcüstana rəsmi səfəri sabah başlayır
Ermənistanın baş naziri, Nikol Paşinyanın Gürcüstana rəsmi səfəri sabah başlayır

Mayın 30-31-də, Ermənistanın baş naziri, Nikol Paşinyanın Gürcüstana rəsmi səfərlə gələcək.

Gürcüstan hökumətinin mətbuat xidmətinin məlumatına görə, mayın 30-da Gürcüstan hökuməti administrasiyasında rəsmi qarşılama mərasimi keçiriləcək. Ermənistanın baş nazirinə Gürcüstanın hökumət başçısı Giorgi Kvirikaşvili ev sahibliyi edəcək.

Baş nazirlərin təkbətək görüşündən sonra, iki ölkənin hökumət üzvlərinin iştirakı ilə, genişləndirilmiş formatlı danışıqlar aparılacaq.

Saat 12:30-da, Gürcüstan və Ermənistanın baş nazirləri mətbuat üçün bəyanatlar verəcəklər.

Rəsmi görüş çərçivəsində, Nikol Paşinyan Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze və Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə görüşəcək.

Saat 19:15-də, Gürcüstan və Ermənistanın baş nazirləri Tbilisi Sakrebulosunda, Ermənistan Respublikasının müstəqilliyinin 100 illik yubileyinə həsr olunmuş qəbulda iştirak edəcəklər.