Erməni mediası - Ermənistan Türkiyə ilə əlaqələrin normallaşdırılması müqaviləsini ləğv etdi
Erməni mediası - Ermənistan Türkiyə ilə əlaqələrin normallaşdırılması müqaviləsini ləğv etdi

Yerkir erməni telekanalının məlumatına görə, Ermənistan Türkiyə ilə əlaqələrin normallaşdırılması müqaviləsini ləğv etdi. Tərəflər arasında razılaşma 2009-cu ildə, Sürixdə imzalandı.

“Ermənistan prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Türkiyə protokollarının ləğv olunamsı barəsində məlumat verib”, – bu barədə Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan bəyan etdi.

“Ermənistan prezidentinin iqamətgahında keçirilən Milli Təhlükəsizlik Şurasının iclası zamanı Serj Sarkisyan Ermənistan-Türkiyə protokollarının ləğvi barədə bəyan verdi”, – Akopyan deyib.

Türkiyə hökuməti protokolun ratifikasiyasına rədd cavabı verdi. Türkiyə prezidenti onda bəyan etdi ki, Ermənistan ilk növbədə Qarabağ münaqişəsini həll etməlidir.

Erməni-Türk əlaqələrinə, Osmanlı İmperiyasında birinci dünya müharibəsi zamanı milliyətcə ermənilərin qırılması faktı mənfi təsir göstərir. Ermənistan türkiyədən soyqırımın tanınmasını tələb edir. Ankara isə, soyqırım faktını inkar edir və bəyan edir ki, ermənilərlə birlikdə türklər də faciə qurbanı idilər.