Epidemioloji vəziyyətdən irəli gələrək, oktyabrın 31-də, Azərbaycanda və Yunanistanda seçki məntəqələri açılmayacaq
Gürcüstanın baş naziri Giorgi Qaxarianın məlumatına görə, epidemioloji vəziyyətdən irəli gələrək, oktyabrın 31-də, Azərbaycanda və Yunanistanda seçki məntəqələri açılmayacaq.
Onun dediyinə görə, iqtidar öz strateji partnyorlarının epidemioloji vəziyyətdən irəli gələrək, verdikləri qərarları sual işarəsi altında qoymayacaq.
“Məlum olduğu kimi, pandemiya qlobaldır və strateji partnyorlarımın epidemioloji vəziyyətdən irəli gələrək, verdikləri qərarları sual işarəsi altında qoya bilmərik. Bildiyim qədəri ilə, Azərbaycanda belə qərar verilib ki, pandemiya dövründə, orada seçkilər keçirilmir. Yunanistanda da vəziyyət eynidir. İspaniya haqqında dəqiq məlumatım yoxdur.
Bu bizim üçün çox təəssüf edici bir faktdır, çünki əminik ki, Azərbaycan və Yunanistanda da “Gürcü Arzusu” qalib olacaqdı.
Biz əlimizdən gələni etdik ki, vətəndaşlarımızın bu konstitisiya hüququ yerinə yetirilsin, ancaq, onlar suveren dövlətlərdir və suveren ərazilərində Gürcüstan iqtidarı tərəfindən verilən qərarlar qüvvədə deyil” – dedi Giorgi Qaxaria.