Entoni Blinken Qəzza sektorunda çoxlu sayda mülki vətəndaşın həlak olduğunu və qurbanları azaltmaq üçün daha çox işin görülməli olduğunu bildirir
Entoni Blinken Qəzza sektorunda çoxlu sayda mülki vətəndaşın həlak olduğunu və qurbanları azaltmaq üçün daha çox işin görülməli olduğunu bildirir

 
Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken Qəzza sektorunda çoxlu sayda mülki vətəndaşın öldüyünü bildirib.

Məlumatı “CNN” yayır.

Entoni Blinken Qəzza sektorunda mülki əhali arasında itkiləri azaltmaq üçün daha çox işin görülməli olduğunu deyir.

“Son həftələrdə çoxlu fələstinli öldü, çoxu zərər gördü. Biz onlara zərər verməmək və köməkdən maksimum istifadə etmək üçün əlimizdən gələni etmək istəyirik. Bu məqsədlə biz İsraillə konkret addımları müzakirə etməyə davam edəcəyik” – Entoni Blinken bildirib.