"Enerqo-Pro-Corcia" seçki günündə fövqəladə rejimdə işləyəcək
"Enerqo-Pro-Corcia" seçki günündə fövqəladə rejimdə işləyəcək

Oktyabrın 31-də, parlament seçkiləri günündə, “Enerqo-Pro-Corcia” fövqəladə rejimdə işləyəcək.

“Enerqo-Pro”-da bəyan edirlər ki, bütün rayonlarda 24 saatlıq rejimdə xüsusi ilə təyin edilən nöbətçi qrupları işləycəklər və bütün gərəkli texnika səfərbər olunacaq.

“Nöbətçi qrupların seçki məntəqələri ilə birbaşa əlaqələri olacaq. Hava şəraitlərinə və digər gözlənməyən səbəblərə görə, elektrik enerjinin avariyalı məhdudiyyəti baş verdiyi halda, şirkətin texniki xidmti tez zamanda müvafiq reaksiya göstərəcək.

Şirkətin məsuliyyətli qruplarının siyahısı və kontakt nömrələri Mərkəzi Seçki Komisiyasına artıq göndərilib.

MSK nümayəndələrinin şirkətin dispeçerləri ilə birbaşa kontaktları olacaq” – deyilir “Enerqo-Pronun” bəyanatında.