Emanuel Makron - Rusiyanın Avropa Şurasının Parlament Assambleyasına qayıtması bizim ona qarşı sərt mövqeyimizə təsir etmir
Emanuel Makron - Rusiyanın Avropa Şurasının Parlament Assambleyasına qayıtması bizim ona qarşı sərt mövqeyimizə təsir etmir

Rusiyanın Avro Şurasının Parlament Assambleyasına qayıtması ilə bağlı qərar demək deyil ki, bizim Avropa Şurasında ikili standartlarımız var. Bu qərar Ukrayna, Gürcüstan, Qafqaz və Dnestryanındaki donmuş münaqişələrlə bağlı bizim Rusiaya qarşı olan sərt mövqeyimizə heç bir təsir verməyəcək, – bu bəyanatı Fransa prezidenti Emanuel Makron Rusiyanın Avropa Şurası Parlament Assambleyasına dönməsi məsələsi ilə bağlı verdi.

Makronun dediyinə görə, əksinə bu qərar Rusiyayı öz öhdəliklərini yerinə yetirməyə vadar edəcək.

“Bu bizim təşkilatımızı daha güclü etmək üçün əslində bir cəhddir ” – dedi Makron.

Fransa prezidentinin dediyinə görə, Rusiya Avropa Şurası Parlament Assambleyasına qaytarılmasa, bundan ən çox Rusiya əhalisi zərər görəcəkdi, çünki onlar Avropa Şurası Parlament Assambleyasına müraciət etməkdən məhrum qalacaqdılar.