Elizabet Rud - Son dövrdə Rusiyanın Gürcüstana qarşı həyata keçirdiyi tədbirlər ədalətsiz, gərəksiz və qeyri-proporsiyonaldır
Elizabet Rud - Son dövrdə Rusiyanın Gürcüstana qarşı həyata keçirdiyi tədbirlər ədalətsiz, gərəksiz və qeyri-proporsiyonaldır

Gürcüstanda Amerika Birləşmiş Ştatları səfirinin vəzifəsinin icraçısı Elizabet Rud bəyan edir ki, son dövrdə Rusiyanın Gürcüstana qarşı həyata keçirdiyi tədbirlər ədalətsiz, gərəksiz və qeyri-proporsiyonaldır.

Səfir səlahiyyətlərinin icraçısı diqqəti Enquri körpüsünün Abxaziya tərəfindən bağlanmasına yetirdi və bunun ciddi bir problem olduğunu bəyan etdi.

Elizabet Rudun dediyinə görə, bu məsələ Cenevrə danışıqları zaman müzakirə olundu.

“Abxaziyanın de-fakto iqtidarına müraciət edirik ki, məhdudiyyətləri aradan qaldırsın. Rusiyaya isə, müraciət edirik ki, 2008-ci ilin atəşkəs razılaşmasına əməl etsin və əraziyə humanitar yardımın daxil edilməsinə imkan versin” – dedi ABŞ səfiri vəzifəsinin icraçısı.

Şərh yaz