Elizabet Rud - De-Fakto iqtidara və Rusiya Federasiyasına müraciət edirik ki, bağlanan keçid məntəqələrini açsınlar
Elizabet Rud - De-Fakto iqtidara və Rusiya Federasiyasına müraciət edirik ki, bağlanan keçid məntəqələrini açsınlar

De-Fakto iqtidara və Rusiya Federasiyasına müraciət edirik ki, bağlanan keçid məntəqələrini açsınlar, – bu bəyanatı Gürcüstanda ABŞ səfirinin vəzifələrinin müvəqqəti icraçısı Elizabet Rud, Axalqoridə yaranan vəziyyəti şərhləndirərkən verdi.

“ABŞ Axalqoridə yaranan vəziyyət və keçid məntəqələrinin de-fakto iqtidar tərəfindən bağlanmasına görə, çox narazıdır. Yaranan vəziyyətə görə, 70 yaşlı Marqo Martiaşvilinin ölümü isə, Otxozoria, Tatunaşvili, Kvaratsxelia və Başaruli siyahısına daxil edilən yeni bir faciədir.

De-Fakto iqtidara və Rusiya Federasiyasına müraciət edirik ki, bağlanan keçid məntəqələrini açsınlar və işğal altında olan əraziyə humanitar yardımın keçirilməsinə imkan versinlər, çünki buna mane olmaq insan hüquqlarını pozmaqdır” – dedi Eliazabet Rud.

Axalqori munisipalitetinin icra başçısı Nuqzar Tinikaşvilinin dediyinə görə, keçid məntəqələrinin bağlandığına görə, 70 yaşlı qadını xəstəxanaya apara bilmədilər və o vəfat etdi.