Elene Xoştaria "Avropa Gürcüstanını" tərk etdi və yeni siyasi platforma yaratmağı planlayır
Elene Xoştaria “Avropa Gürcüstanını” tərk etdi və yeni siyasi platforma yaratmağı planlayır.
Bu barədə bəyanatı Xoştaria partiyanın mərkəzi ofisində keçirilən brifinqdə verdi.
Xoştaria bəyan etdi ki, müstəqil şəkildə siyasi fəaliyyətinə davam edəcək, ancaq mövqeyi eynidir və parlamentə daxil olmağı düşünmür.
“Aldığım təcrübələrə və keçdiyim siyasi yola görə, “Avropa Gürcüstanına” təşəkkür edirəm. Bidzina İvanişvili rejiminə qarşı mübarizədə müxalifətin birliyinin gücünə inanıram və müxalifət olaraq, qalıram. Sadəcə olaraq, mənim yeni planlarım var və onları ictimaiyyətə yaxın günlərdə bildirəcəm” – dedi Xoştaria.