Ekspertiza Bürosunda Mindeli şaxtasında həlak olanların tanınması həyata keçirilir
Ekspertiza Bürosunda Mindeli şaxtasında həlak olanların tanınması həyata keçirilir

Kutaisidə, Samxarauli adına Ekspertiza Bürosunda Mindeli şaxtasında həlak olanların cəsədlərinin tanınması həyata keçirilir.

Həlak olanların ailə üzvləri və yaxınları Ekspertiza Bürosundadırlar.

Onlar jurnalistlərlə şəxsi söhbəti zamanı bəyan edirlər ki, cəsədlər o qədər zədlənibdir ki, onların müəyyənləşdirilməsi çətindir. Xüsusilə iki cəsədin eyniləşdirilməsi mümkün deyil, onlar baş nahiyyəsindən zədələniblər.

Tkibulidə, Mindeli adına şaxtada həlak olanların cəsədlərini Kutaisiyə, Samxarauli adına Ekspertiza Bürosuna bir neçə saat əvvəl uğratdılar.

Tkibulidə, Mindeli adına şaxtada baş verən hadisə nəticəsində 6 nəfər həlak oldu, 3 nəfər xəsarət aldı.

DİN-dən bəyan etdiklərinə görə, faktla bağlı GCM-nin 240-cı maddəsinin ikinci hissəsi ilə istintaqa başlanıb.