"Eko-qazın" direktoru - Partlayışın səbəbi kompressor ola bilər
"Eko-qazın" direktoru - Partlayışın səbəbi kompressor ola bilər

Amaşukeli küçəsindəki “Eko-qaz” stansiyasının direktoru Davit Kutateladzenin bəyanatına görə, stansiyada baş verən partlayışın səbəbi ehtimala görə, kompressordur.

Davit Kutateladzenin dediyinə görə, obyekt orada 2008-ci ildən işləyir.

Onun dediyinə görə, hazırda partlayış səbəbinin öyrənilməsi üçün istintaq aparılır.

“Bu obyekt burda 12 ildir var. Ətrafdaki binalar isə, sonradan inşaat edildi. Kimlərinsə, bu qaz stansiyasının burada olmamasını tələb etməsi çox maraqlıdır. Stansiyanın burada olması 12 ildən sonra mı məsuliyyətsizlik oldu?” – dedi Davit Kutateladze.

Xatırladaq ki, dünən gecə saatlarında, Amaşukeli küçəsindəki qaz doldurma stansiyasında partlayış baş verdi.

Hadisə yerində ciddi zərər görən və həlak olan olmayıb.