“Expedia.com” portalında Acaranın reklamı yerləşdiriləcək.
Acara Turizm Departamenti bölgənin turist potensialının reklamını, hər ay 675 milyon vizitoru olan portalda Britaniya və Almaniyada planlaşdırır. Bundan başqa Batumidə istirahət çağırışları və imic fotoları ilə “WIZZ AIR” aviaşirkətinin Almaniya və Ukrayna istiqaməti ilə uçuş biletləri brendləşdiriləcək.
Acara Turizm Departamentinin məlumatına görə, bu mərhələdə Acaranın populyarlaşdırılması Estoniya, Latviya, Polşa və Belarusda həyata keçirilir. Bu il ilk dəfə bölgənin imic videoçarxları ilə BBC, Deusche Welle, euronews ilə birlikdə National Geographic və ravel Channel-in milyonlarca izləyicisi tanış oldu.