Ekaterine Tikaradze - Uşaq bağçaları və məktəblərin açılma tarixinin irəli çəkilməsi planlaşdırılmır

Uşaq bağçaları və məktəblərdə təhsil prosesinin başlanması tarixinin irəli çəkilməsi planlaşdırılmır, – bu barədə bəyanatı Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradze verdi.

Onun dediyinə görə, bu məsələ ilə bağlı Təhsil Nazirliyi səhiyyə idarələri ilə fəal əməkdaşlıq edir.

Nazirin dediyinə görə, son qərar epidemioloji vəziyyət nəzərə alınaraq, veriləcək.