Ekaterine Tikaradze - Siyasi prosesə qoşulan bütün partiyalardan xahiş edirəm, virusun yayılması üçün şərait yaratmasınlar
Siyasi prosesə qoşulan bütün partiyalardan xahiş edirəm, virusun yayılması üçün şərait yaratmasınlar, həkimlərin qəhramanlıqlarını da suistifadə etməyək” – bu bəyanatı Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradze koordinasiya şurasının iclasından sonra keçirdiyi brifinqdə verdi.
Nazirin bəyanatına görə, rekomendasiyaların pozulması necə vətəndaşlar, eləcə də, həkimlər üçün böyük risk daşıyır.
“Sosiyal distansiya virusla mübarizə üçün ən effektiv silah olaraq qalır. Təhlükəsizlik rekomendasiyalarının pozulması necə vətəndaşlarımız, eləcədə insan həyatını xilas etmək üçün son ana qədər mücadələ edən qəhraman həkimlərimiz üçün böyük risk daşıyır. Gəlin onların qəhramanlıqlarını suistifadə etməyək.
İctimaiyyətdən cari ilin yaz fəslində göstərdikləri ehtiyyatı gözləyirik. Xalqın vəziyyəti dərk etməsi hər birimizin ailə üzvlərinin sağlamlığını qorumaq üçün çox önəmlidir” – dedi Ekaterine Tikaradze.