Ekaterine Tikaradze - Səhiyyə Nazirliyi bu mərhələdə çin vaksinasının Gürcüstana gətirilməsini müzakirə etmir
Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradzenin bəyanatına görə, Səhiyyə Nazirliyi bu mərhələdə çin vaksinasının Gürcüstana gətirilməsini qətiyyən müzakirə etmir.
Tikaradzenin dediyinə görə, hələlik çin vaksinasına yetərli qədər etibar edilmir.
“Gürcüstana gətirilən vaksinalara gəlincə, hazırda “Fayzer” və “Astrazenekanın” gətirilməsindən söhbət gedir, çin vaksinasının gətirilməsi isə, qətiyyən müzakirə olunmur” – dedi Ekaterine Tikaradze.