Ekaterine Tikaradze - Pasientləri suçlamaq istəmirəm, ancaq hər şeydə günahkar sadəcə səhiyyə sektoru ola bilməz
Suçu pasientlər tərəfinə atmaq istəmirəm, ancaq hər şeydə günahkar sadəcə səhiyyə sektoru ola bilməz, – bu barədə bəyanatı Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradze gənc qadının koronavirusdan ölüm faktını şərhləndirərkən verdi.
Nazirin dediyinə görə, 27 yaşlı qıza koronavirus infeksiyası diaqnozu çox gec qoyuldu.
“Bu çox ağır bir faktıdr. Öyrəndiyim qədəri ilə, vəfat edən qız evdə müalicə görürdü. Hospitalizasiyası çox gec oldu, çünki ona koronavirus diaqnozu qoyulmamışdı. Gənc qız koronavirus testini də vaxtında keçmədi. Pasienti suçlamaq istəmirəm, ancaq hər şeydə günahkar sadəcə səhiyyə sektoru ola bilməz.
Bunu başa düşməliyik və hər bir vətəndaş öz məsuliyyətini dərk etməlidir” – dedi Ekaterine Tikaradze.