Ekaterine Tikaradze - Evlərinə qayıdan vətəndaşlara müraciət edirəm öz təcrid qaydalarını qorusunlar və şübhəli simptomları olduğu halda, qaynar xəttə zəng vursunlar
Evlərinə qayıdan vətəndaşlara müraciət edirəm öz təcrid qaydalarını qorusunlar və şübhəli simptomları olduğu halda, 112 qaynar xəttə zəng vursunlar, – bu barədə bəyanatı Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradze jurnalistlərlə söhbət zamanı verdi.
Nazir həmçinin əhaliyə müraciət etdi ki, sosiyal məsafəyi qorusunlar və tibbi maska taxsınlar.
“Bugün qeydə alınan 38 haldan 22-si Batumidə aşkarlanıb. Ona görə də, istirahətdən qayıdan vətəndaşlara müraciət edirəm ki, diqqətli olsunlar, çünki əminəm ki, hərkəs üçün ən önəmli olan sağlıqdır” – dedi Ekaterine Tikaradze.