Ekaterine Tikaradze - Bu mərhələdə fövqəladə vəziyyətin elan edilməsini gərək hesab etmirik
Ekaterine Tikaradze - Bu mərhələdə fövqəladə vəziyyətin elan edilməsini gərək hesab etmirik

Bu mərhələdə fövqəladə vəziyyətin elan edilməsini gərək hesab etmirik – bu bəyanatı Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradze hökümət iclasından sonra verdi.

Nazir qeyd etdi ki, Gürcüstan iqtidarı hadisələrin inkişafını diqqətlə izləyir.

“Bu mərhələdə fövqəladə vəziyyətin elan edilməsinə ehtiyyac yoxdur, çünki infeksiyaya yoluxan pasientlərlə ünsiyyətdə olan şəxslər tək-tək qeydiyyata alınıblar və karantindədirlər. Əgər görsək ki, infeksiya kontrol xaricində yayılır, o zaman fövqəladə tədbirlər görə bilərik” – dedi nazir Ekaterine Tikaradze.