Eka Dgebuadze - İctimai və özəl məktəblər sentyabrın 15-nə qədər inspeksiya xidməti tərəfindən yoxlanılacaqlar
Eka Dgebuadze - İctimai və özəl məktəblər sentyabrın 15-nə qədər inspeksiya xidməti tərəfindən yoxlanılacaqlar

İctimai və özəl məktəblər sentyabrın 15-nə qədər inspeksiya xidməti tərəfindən yoxlanılacaqlar , – bu barədə bəyanatı Gürcüstanın Təhsil Nazirinin müavini Eka Dgebuadze koordinasiya şurasının iclasından sonra verdi.

“Bugün koordinasiya şurasının iclasında tədris ilinin başlanılması prosesi müzakirə olunurdu. Ölkədə mövcud olan epid-vəziyyətdən irəli gələrək, tədris prosesinin sentyabrın 15-də başlaması ilə bağlı qərar qüvvədə qaldı.

Sentyabrın 15-nə qədər məktəblərə tibb maskaları, dezobaryerlər və termoskrininq aparatları veriləcək və bütün məktəblərdə inspeksiya xidməti tərəfindən yoxlanış keçiriləcək” – dedi Eka Dgebuadze.