Eka Beselia Zaza Saralidzeyə - Komisiyanın tam tərkibinin müxalifətdən ibarət olduğu halda, sadəcə Eka Beseliaya etimad etməmək qəribədir
Komisiyanın tam tərkibinin və rəhbərliyinin müxalifətdən ibarət olduğu halda, sadəcə Eka Beseliaya etimad etməmək qəribədir, – Parlamentin hüquqi komitəsinin rəhbəri Eka Beselia, Xorava küçəsində öldürülən yeniyetmənin atası Zaza Saralidzenin ona etimad etmədiyi haqqında bəyanatına belə cavab verdi.
“Cənab Zaza, sizə acınızla bağlı birdaha baş sağlığı diləyirəm, ancaq bu bəyanatınız açıq siyasi mesajdır!”
Sizinlə hər zaman həmrəy olmuşam və heç bir televiziya çıxışımda sizi qınayan bir söz deməmişəm. “Milli hərəkat” partiyası ilə bağlı dediyim sözlərin sizə aidiyyatı yoxdur.
Məncə, sizin bu son bəyanatınız hər şeyi açıqlayır” – dedi Eka Beselia.
Xatırladaq ki, Xorava küçəsində öldürülən yeniyetmənin atası Zaza Saralidze müvəqqəti istintaq komisiyası ilə görüş zaman bəyan etdi ki, komisiyanın üzvləri arasında sadəcə Eka Beseliaya etimad etmir.