Eka Beselianın məlumatına görə, Salome Zurabişvili Fransa vətəndaşlığından çıxmağı tələb edib
Eka Beselianın məlumatına görə, Salome Zurabişvili Fransa vətəndaşlığından çıxmağı tələb edib

Parlamentin Hüquqi Məsələlər komitəsinin sədri Eka Beselianın məlumatına görə, parlamentin üzvü Salome Zurabişvili Fransa vətəndaşlığından çıxmağı tələb edib. Bu barədə məlumatı Eka Beselia jurnalistlərlə söhbət zamanı verib.

“Dəqiq deyə bilmərəm, ancaq mənim məlumatıma görə, Salome Zurabişvili artıq Fransa vətəndaşlığından çıxmağı tələb edib. Seçki məcəlləsində belə bir qayda var ki, prezident namizədi başqa ölkənin vətəndaşı olmamalıdır. Seçki qeydiyyatı prosesində, prezident namizədi kimi qeydiyyatdan keçərkən, namizəd artıq digər  ölkənin vətəndaşlığından çıxmış olmalıdır” – dedi Eka Beselia.

Bu vaxta qədər qeyri-rəsmi məlumat yayılır ki, Salome Zurabişvili prezident seçkilərində iştirak etməyi planlaşdırır. “Gürcü Arzusu”-nun onun namizədliyini dəstəkləyəcəyi istisna olunmur.

Salome Zurabişvilinin həm Gürcüstan həm də Fransa vətəndaşlığı var. İki ölkə vətəndaşlığı olan şəxsin isə, prezident seçiklərində iştirak etməyə haqqı yoxdur.