Əfqanistanda yenə 10 gürcü əsgərində koronavirus aşkarlandı
Əfqanistanda yenə 10 gürcü əsgərində koronavirus aşkarlandı

Əfqanistanda NATO-nun “Güclü dəstək missiyasında” rotasiyada olan yenə 10 gürcü əsgərində koronavirus aşkarlandı və onları da, koronavirusa yoluxan digər 28 əsgərlə bərabər, Almaniya hərbi təyyarəsi ilə Gürcüstana bugün gətirdilər.

Müdafiyə nazirliyinin məlumatına görə, koronavirusa yoluxan əsgərlərin Gürcüstana qaytarılması iki mərhələ şəklində iyulun 10-da və bugün həyata keçirildi.

Nazirliyin dediyinə görə, səkkiz əsgər artıq sağalıb və evinə qayıdıb.

Əfqanistanda qalan gürcü kontingentinin hissəsi, hansı ki, rotasiya qaydası ilə Gürcüstana bir neçə həftədən sonra qayıdacaq, burada 2 həftəlik karantindən keçəcək.