Dünya Səhiyyə Təşkilatının nümayəndələri Gürcüstan vətəndaşlarına Çinə səyahət zamanı diqqətli olmalarını tövsiyyə edirlər
Dünya Səhiyyə Təşkilatının nümayəndələri Gürcüstan vətəndaşlarına Çinə səyahət zamanı diqqətli olmalarını tövsiyyə edirlər

Koronavirusun yayılma təhlükəsi hər bir ölkədə olduğu kimi, Gürcüstanda da mövcuddur, – bu barədə bəyanatı Gürcüstanın Birinci Kanalı ilə  müsahibə zamanı Dünya Səhiyyə Təşkilatının Gürcüstan ofisinin nümayəndəsi Silviu Domente verdi.

Onun dediyinə görə, Gürcüstan vətəndaşlarının Çində olan vəziyyət haqqında maksimal məlumatları olmalıdır, ölkə iqtidarı isə, şübhəli hallara dərhal diqqət yetirməlidir.

Çinə siyahət edən vətəndaşlara tövsiyyələr higiena və təhlükəsiz qida ilə bağlı verilir.

Mütəxəssislər həmçinin, qrip simptomları olan insanlardan uzaq durmağı tövsiyə edirlər.