Dünya Qida Təhlükəsizliyi Gününü qeyd edir
Dünya Qida Təhlükəsizliyi Gününü qeyd edir

 

 Qida təhlükəsizliyi hər kəsə aiddir- bu şüarla dünya  7 iyun, Qida Təhlükəsizliyi Gününü bu gün ikinci dəfə qeyd edir.

 Milli Qida Agentliyindən verilən məlumata görə, Ümumdünya Qida Təhlükəsizliyi Günü 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən təsis edilib. Onun məqsədi qida təhlükəsizliyi ilə bağlı  risklərin qarşısını almaq və idarə etməkdir.

“Bu günün təsis edilməsi dünya üçün qida təhlükəsizliyinin vacibliyini bir daha nümayiş etdirir ki, bu da  insan sağlamlığı, ölkənin firavanlığı, kənd təsərrüfatı, biznes, turizm və ümumilikdə iqtisadiyyatın davamlı inkişafı ilə birbaşa əlaqədədir.

Fermadan masaya qədər – Qida təhlükəsizliyinin əsas prinsipinə görə bütün  qolların -ölkənin, istehsalçının və istehlakçıların iştirakı və rolu vacibdir.

Milli Qida Agentliyi, müassir yanaşma və çağırışları bölüşərək, Ümumdünya Qida Təhlükəsizliyi Gününə qoşulur. Son illərdə   qida təhlükəsizliyinə nəzarət əhəmiyyətli dərəcədə gücləndirilib. Biznes  sektorun məlumatlılığı artıb. İstehlakçıların maraqlarını qorumaq üçün istehlak bazarındakı vəziyyətin yaxşılaşdırılmasına və Gürcüstan məhsullarının rəqabət qabiliyyətinin artırılmasına kömək edəcək yeni tənzimləmələr hazırlanıb “, – deyə bəyanatda qeyd olunub.  

 

Hazırladı-Sevinc Mustafayeva