Dünya Bankı - korrupsiyanın nəzarəti və idarəetmə effektliyi ilə Gürcüstan tarixi maksimuma çatdı
Korrupsiyanın nəzarəti və idarəetmənin effektliyi ilə Gürcüstan tarixi maksimuma çatdı, – Dünya Bankının vebsəhifəsində dərc olunan “dünya idarəetmənin indikatorunda” bu cür göstəricilərdir.
Daha dəqiq olaraq korrupsiyanın nəzarəti baxımından Gürcüstanın 77,40 faizlik tarixi maksimuma çatdı.
Gürcüstan korrupsiyaya qarşı mübarizə baxımından lider ölkələr arasına düşdü və bu göstərici ilə Avropa İttifaqının 13 ölkəsindən irəlidədir. Bu ölkələr Malta, Polşa, Çexiya, Latviya, Litva, İspaniya, Slovakiya, İtaliya, Xorvatiya, Macarıstan, Rumıniya, Yunanıstan və Bolqarıstandır.
Gürcüstanın mövqesi “tənzimləmələr keyfiyyətində” də yaxşılaşdı. Bu baxımımdan Gürcüstan 81.73%-i qazanaraq 2017-ci ildə dünyada 38-ci yerdədir.
2012-ci il ilə müqayisədə bu göstərici 17 yer ilə yaxşılaşdırılıbdır.
Gürcüstanın mövqesi idarəetmə effektliyi ilə yaxşılaşıb. Ölkə 72,12 faiz ilə 59-cu mövqedədir. Bu baxımından dəyərləndirmə tarixi maksimuma çatdı və Gürcüstan Macarıstan (63), İtaliya (64), Yunanıstan (71), Bolqarıstan (76), Serbiya (83), Ermənistan (105), Azərbaycan (111), Rumıniya (113) və başqa ölkələrdən irəlidədir.
Qanunun aliliyi indikatorunda Gürcüstan 62,98 % ilə 78-ci yerdədir. 2016-cı ildə Gürcüstan 74-cü yerdə idi.
Tədqiqat 1996-cı ildən 2017-ci ilədək dövrü əhatə edir.