Anakliya Limanı, Sadaxlo Dostluq Körpüsü, Kumisi Logistik Mərkəzi - Avropa İttifaqının Gürcüstanda maliyyələşdirdiyi layihələr
Anakliya Limanı, Sadaxlo Dostluq Körpüsü, Kumisi Logistik Mərkəzi - Avropa İttifaqının Gürcüstanda maliyyələşdirdiyi layihələr

Avropa İttifaqı “Şərq Partnyorluğu” ölkələrində, o cümlədən Gürcüstanda infrastruktur layihələri üçün 13 milyard avronun maliyyələşdirməsini planlaşdırır.

Avropa İttifaqı, Transavropa Nəqliyyat Şəbəkəsinin (TEN-T) sərmayə fəaliyyət planı çərçivəsində, Gürcüstanda qarşıdakı layihələri maliyyələşdirəcək:

Kutaisi Logistik Mərkəzi – 61,5 milyon avro;

Anakliya Limanına gedən domiryolu və avtomobil maqistralı – 100milyon avro;

Anakliyanın yeni limanı (ikinci faza) – 233 milyon avro;

Qriqoleti-Poti körpüsü- 25 milyon avro;

Qriqoleti-Kobuleti avtomobil maqistralı – 101 milyon avro;

Batuminin Sarpiyə qədər dolama yolu- 115 milyon avro;

Kutaisi Aeroportunun yük terminalı – 61,5 milyon avro;

Çumateleti-Araqveti avtomobil maqistralı – 1,006 milyard avro;

Kumisi Logistik Mərkəzi – 78,3 milyon avro;

Rustavi-Qırmızı Körpü avtomobil maqistralı – 115 milyon avro;

Alqeti-Sadaxlo yolu – 90 milyon avro;

Sadaxlo Dostluq Körpüsü- 6 milyon avro;

Layihələri Avropa Komissiyası və Dünya Bankı birgə yerinə yetirəcəklər.