DTX-nin tələbi ilə Tatunaşvilinin məsələsi ilə bağlı Erqnetidə xüsusi görüş keçiriləcək
İşğal olunmuş Sxinvalidə vəfat edən Arçil Tatunaşvilinin cəsədinin uğranması və yaxalanan – Levan Kutaşvili və Yoseb Pavliaşvilinin mərkəzi hakimiyyət tərəfindən nəzarət olunan əraziyə qısa müddət ərzində keçmələri məsələsini, insidentlərin prevensiyası və onlara münasibət mexanizmlərinin (IPRM) planlı olmayan görüşündə müzakirə edəcəklər.
Birinci Kanala Dövlət Təhlükəsizliyi Xidmətindən bildirildiyinə görə, insidentlərin prevensiyası və onlara münasibət mexanizmlərinin (IPRM) planlı olmayan görüşü Dövlət Təhlükəsizliyi Xidmətinin tələbi ilə təyin edildi. Görüş saat 15:00-da başlayacaq.
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, 2018-ci il, fevralın 28-də Rusiya işğal rejimi Axalqoridə 3 Gürcüstan vətəndaşını – Arçil Tatunaşvili, Levan Kutaşvili və Yoseb Tatunaşvilini qeyri-qanuni yaxaladı. Fevralın 23-də məlum oldu ki, yaxalanmış Arçil Tutunaşvili müəyyən olunmayan durumda Sxinvali xəstəxanasında vəfat etdi.