Dövlət tərəvəz saxlama müəssisələri istiqamətində müştərək maliyyələşdirmə proqramını həyata keçirəcək
Kənd təsərrüfatı kooperativləri üçün tərəvəz saxlama müəssisələri istiqamətində müştərək maliyyələşdirmə dövlət proqramına başlamışıq – bu barədə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Otar Şamuqiya parlamentdə “Nazir Saatı” formatında çıxışı zamanı bildirib.
“Son illərdə tərəvəz istehsalı 15% artaraq 176,1 min ton təşkil edib. Hazırda tərəvəz idxalının əsas hissəsi mövsümdənkənar dövrlərə düşür ki, bu da mövsüm ərzində yetişdirilən tərəvəzlərin saxlanılması üçün lazımi infrastrukturun, müasir standart və texnologiyaların, soyuducu təsərrüfatlarının azlığı ilə əlaqədardır. Məhz bu məqsədlə kənd təsərrüfatı kooperativləri üçün tərəvəz saxlama müəssisələri istiqamətində müştərək maliyyələşdirmə dövlət proqramına başlamışıq. Müştərək maliyyələşdirmə vasitəsilə becərilən məhsulun beynəlxalq standartlara uyğun saxlanılması və zəruri infrastrukturun inkişafı təmin ediləcək.
“Kənd təsərrüfatı kooperativlərinin saxlama müəssisələrinin müştərək maliyyələşdirmə” dövlət proqramı çərçivəsində Kənd İnkişaf Agentliyi yalnız tərəvəz və kartofun saxlanması üçün nəzərdə tutulacaq saxlama və soyuducu infrastrukturun müştərək maliyyələşdirilməsini təmin edir. 500 ton tutumu olan saxlama müəssisəsinin müştərək maliyyələşdirilməsinin həcmi onun ümumi dəyərinin 80%-dən çox olmayaraq, 450 min laridən artıq deyil” – deyə Şamuqia bildirib.