Dövlət Təhlükəsizliyi Departamenti Pankisi dərəsində keçirdiyi xüsusi əməliyyat zamanı üç nəfəri həbs etdi
Dövlət Təhlükəsizliyi Departamenti Pankisi dərəsində keçirdiyi xüsusi əməliyyat zamanı üç nəfəri həbs etdi

Dövlət Təhlükəsizliyi Departamenti Pankisi Dərəsinin kəndlərində, Omalo və Duisidə xüsusi əməliyyat keçirdi.

Birinci Kanalın korespondentinin hadisə yerindən verdiyi məlumara görə, səhərə yaxın başlayan xüsusi əməliyyat artıq başa çatıb və nəticədə üç nəfər həbs edilib.

Omalo və Duisidə yaşayış evlərində axtarış keçirilirdi. Omaloda Bado Çopikaşvili adlı şəxsin evindən böyük miqdarda silah tapıldı. Mövcud olan məlumata görə, Çopikaşvili Ahmed Çataevin adamlarına yardım etməklə ittiham edilir.

Duisi kəndində isə, Vaxo Maçalikaşvilinin evinidə yoxlanış keçirildi və Maçalikaşvili qardaşları həbs edildilər.

Pankisidə keçirilən xüsusi əməliyyatın, bu yaxınlarda Tbilisidə, Qabriel Salosi küçəsində keçirilən xüsusi əməliyytla bağlantısı olduğu ehtimal olunur.