Dövlət Müfəttişliyi Xidmətinə Tamar Kaldani rəhbərlik edəcək
Dövlət Müfəttişliyi Xidmətinə Tamar Kaldani rəhbərlik edəcək

Dövlət Müfəttişliyi Xidməti adlanan yeni istintaq mexanizminə Tamar Kaldani rəhbərlik edəcək, – bu barədə Ədliyyə naziri Tea Sulukiani bəyan etdi.

Tea Sulukianinin bəyan etdiyinə görə, Tamar Kaldani qeyd olunan mexanizmə səlahiyyəti müddətinin başa çatmasına qədər rəhbərlik edəcək.

“Tamar Kaldani səlahiyyəti müddəti bir il yarımdan sonra tükənir. Qeyd etmək lazımdır ki, parlament tərəfindən dəstəkləndiyi təqdirdə, bu istintaq mexanizmi 2019-cu il yanvarın birindən işə düşəcək”, – Tea Sulukiani bəyan etdi.

Müstəqil istintaq mexanizminin yaradılması haqqında qanunlayihədə qeyd olunduğu kimi, 2019-cu il yanvarın birindən personal məlumatların qorunması məfəttişi dövlət müfəttifi olacaq.

Qanunlayihəyə əsasən, bu instituta dövlət müfəttişi rəhbərlik edəcək və istintaq funksiyası ilə birlikdə, personal məlumatların qorunması məsəkləsini də öyrənəcək. Müfəttişin iki-beş namizədini xüsusi kommisiya seçəcək və baş nazirə göndərəcək. Baş nazir isə iki namizədi parlamentə göndərəck.

İlkin mərhələdə Dövlət Müfəttişliyi Xidmətinə, səlahiyyət müddətinin başa çatmasına qədər Tamar Kaldani rəhbərlik edəcək.

Müstəqil istintaq idarəsinin yaradılması barəsində Tea Sulukiani bu gün bəyan etdi.