Dövlət mərasimləri sarayının həyətində bugün fəxri Tbilisililərin mükafatlandırma mərasimi keçiriləcək
Dövlət mərasimləri sarayının həyətində bugün fəxri Tbilisililərin mükafatlandırması mərasimi və konsert keçiriləcək.
Mərasim Kia Kançelinin xatirəsinə həsr olunacaq.
Tbilisi Meriyasının qərarı ilə, tədbir televiziya formatı ilə, canlı izləyicilərsiz keçiriləcək.
Meriyada bəyan edirlər ki, tədbirdə böyük Maestronun ölməz melodiyaları səsləndiriləcək.
Konsertdə Evgeni Mikeladze adına Milli Simfoniya Orketstri və onun bədii rəhbəri – Nikoloz Raçveli, Nani Breqvadze, Giorgi Tsaqareli, Nato Metonidze, Liza Baqrationi, Eka Mamaladze, Georgian Six iştirak edəcəklər.
Epidemioloji vəziyyətə görə, Tbilisi meriyası Tbilisoba şənliklərini ləğv etdi.
Fəxri Tbilisililər mərasimi bugün saat 20:00-da başlayacaq.