Dövlət Departamentinin məlumatına görə, Gürcüstana səfər zamanı Mayk Pompeo Salome Zurabişvili, Giorgi Qaxaria, Davit Zalkaliani və İkinci İlia ilə görüşəcək
Dövlət Departamentinin məlumatına görə, Gürcüstana səfər zamanı Mayk Pompeo Salome Zurabişvili, Giorgi Qaxaria, Davit Zalkaliani və İkinci İlia ilə görüşəcək

ABŞ-ın Dövlət Departamenti Mayk Pompeonun  Gürcüstana səfəri ilə bağlı rəsmi məlumat yayır.

Departamentin veb-səhifəsində qeyd olunur ki, ABŞ-ın Dövlət Katibi 13-23 noyabr tarixlərində, Türkiyə, Gürcüstan, İsrail, Ərəb Emirlikləri, Qatar və Səudi Ərəbistana səfərlər edəcək.

Dövlət Departamentinin məlumatına görə, Tbilisidə Mayk Pompeo, ABŞ-ın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini və demokratiya islahatlarındaki növbəti tərəqqiyə müraciətini bildirmək üçün, Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir Giori Qaxaria və Xarici İşlər Naziri Davit Zalkaliani ilə görüşəcək. Dövlət katibi həmçinin, Gürcüstanı katolikos-Patriarxı İkinci İlia ilə də görüşəcək.

Gürcüstanın Xarici İşlər Nazirliyi Mayk Pompeonun Gürcüstana səfəri ilə bağlı məlumatı dünən yaydı.

Nazirliyin məlumatına görə, ABŞ Dövlət Katibi Gürcüstana noyabrın 17-də, iki günlük rəsmi səfərlə gəlir.