Dövlət Departamenti Mayk Pompeonun Gürcüstana səfəri ilə bağlı məlumat yayır
Dövlət Departamenti Mayk Pompeonun Gürcüstana səfəri ilə bağlı məlumat yayır

ABŞ Dövlət Departamenti Mayk Pompeonun Gürcüstana səfəri və keçirdikləri görüşlərlə bağlı məlumat yayır.

“Dövlət katibi Pompeo və baş nazir Giorgi Qaxaria azad, ədalətli və şəffaf parlament seçkilərinin və demokratiya şərtlərində müstəqil ədliyyə sisteminin əhəmiyyətini müzakirə etdilər.

Dövlət katibi Gürcüstana müraciət etdi ki, COVİD-19-a və kiber hücuma qarşı fəal tədbirlər görməyə davam etsin.

Dövlət katibi Pompeo öz növbəsində, Rusiya işğalı ilə qarşı-qarşıya qalan Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə ABŞ-ın dəyişməyən dəstəyini bir daha dilə gətirdi” – deyilir Dövlət Departamentinin məlumatında.

Mayk Pompeo Gürcüstana iki günlük səfər ilə noyabrın 18-də gəlmişdi.

ABŞ-ın dövlət katibi ilk görüşü Gürcüstan prezidenti Salome Zurabişvili ilə keçirdi.

Daha sonra baş nazir Giorgi Qaxaria və Xarici İşlər Naziri Davit Zalkaliani ilə görüşdü.

Eyni gündə, Mayk Pompeo Gürcüstanın katolikos-patriarxı və vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşdü.

Gürcüstandan sonra Dövlət Katibi Mayk Pompeo İsrailə getdi.